“Bu anda biz açıq şəkildə görürük ki, erməni tərəfi hakimiyyəti qəsb etmiş qruplaşmanın timsalında yalnız Nikol Paşinyanın şəxsi hakimiyyətini möhkəmləndirməklə məşğuldur”.
Hokm.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert, “Razm.info” saytının koordinatoru Karen Vrtanesyan deyib.
Vrtanesyan deyib ki, buna görə də indi hərbi, strateji məsələlərdən danışmaq mənasızdır.
“Bu gün silahlı qüvvələr də daxil olmaqla dövlətimiz sahibsizliyə məhkum edilib. İlham Əliyev müharibə ilə təhdid edir, o, müharibəyə hazırlaşır, Ermənistan səlahiyyətliləri isə, bağışlayın, otlamaqla məşğuldur”, – deyə o qeyd edib.