“Ərazilər haqqında məsələni Minsk qrupu danışıqları çərçivəsində qaldırmaq lazım idi, çünki o vaxt hansısa bir şey almaq qarşılığında hansısa bir şey təklif etmək olardı”.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Qriqori Ayvazyan deyib.
“Azərbaycan ərazilər və qaçqınlar məsələsini gündəmə gətirəndə erməni tərəfi Azərbaycan ermənilərini, əslində əlində olan yeganə kozuru unutdu. Ərazi, mülkiyyət hüquqlarının bərpası məsələsini danışıq masasına qoymalı idilər”, – deyə o bildirib.
Ayvazyanın sözlərinə görə, Qırmızı Bazar məsələsini ortaya qoyulub.
“Qırmızı Bazar məsələsini ortaya qoyublar və ticarət vasitəsilə əsirlərimiz qarşısında bunu təklif etmək istəyirlər, lakin bu, çıxılmaz vəziyyətə aparan yoldur”, – deyə erməni azərbaycanşünas bildirib.