Erməni deputatlar delimitasiya reqlamentini parlamentin iclasına tövsiyə etdilərbackend

Erməni deputatlar delimitasiya reqlamentini parlamentin iclasına tövsiyə etdilər

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyası qanunverici orqanın çərşənbə axşamı başlayacaq plenar iclası çərçivəsində Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların reqlamentini təsdiq edib və ratifikasiyaya göndərib.

Hokm.az “Sputnk Ermənistan”a istinadən xəbər verir ki, iqtidar partiyasından olan deputatlar reqlamentin lehinə (5 nəfər), müxalif deputatlar isə əleyhinə (3 nəfər) səs bverib.

Sənəd üzrə əsas məruzəçi baş nazirin müavini Mher Qriqoryan, həmməruzəçi isə komissiyanın rəhbəri Sarkis Xandanyan olub. Müxalifət hesab edir ki, layihə çoxlu risklər ehtiva edir və yeni ərazi itkilərinə səbəb ola bilər, hakim partiya olan isə bunu inkar edir.

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında Əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb. İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.
Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub.

  •  (0)
  •  (0)