Azərbaycanda erməni əsirlərə yaxşı münasibət göstərilir.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iqtidardakı “Mənim addımım” fraksiyasından olan millət vəkili Ani Samsonyan deyib.
İki müxalif parlament partiyası “Parlaq Ermənistan” və “Çiçəklənən Ermənistan”nın təşəbbüsü əsasında əsir və itkin düşmüş hərbçilərlə bağlı başlayan müzakirələrdə çıxış edən deputat bildirib ki, Azərbaycanda əsir düşənlərlə çox yaxşı rəftar olunduğuna inanır.