İrəvanın mərkəzində atışma baş verib, bir nəfər güllələnib.
Bu barədə erməni deputat Naira Zoqrabyan özünün “Facebook” səhifəsində xəbər verib. O, İrəvanda son günlər baş verən xaosun dəhşətini ötən əsrin 90-cı illərinin özbaşınalığı ilə eyniləşdirib.
“Paşinyan hökuməti ölkədə idarəolunmaz xaos yaradıb. Kim kimə istəyir atəş açır”, – deyə o, yazıb.
Zoqrabyan öz paylaşımını Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “ölkəmizdə bundan sonra heç bir məsələ güllə ilə həll ounmayacaq”, – sözlərini xatırlatmaqla yekunlaşdırıb.oxu.az