Erməni deputat: “Azərbaycan beynəlxalq konvensiyanı pozmaz”backend

Erməni deputat: “Azərbaycan beynəlxalq konvensiyanı pozmaz”

“Azərbaycan dekabrın 10-da keçirəcəyi paradda erməni əsirləri göstərməyəcək”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu parlamentin qapalı toplantısında Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Mariya Karapetyan bildirib.

“Fikrimcə, Azərbaycan beynəlxalq konvensiyanı pozub, paradda bizim hərbi əsirlərimizi göstərməyəcək”, – deputat vurğulayıb.

Qeyd edək ki, “İşıqlı Ermənistan” parlament fraksiyasından deputat Ani Samsonyan dekabrın 9-da keçirdiyi brifinqdə həmin gizli toplantı barədə məlumat verərkən Mariya Karapetyanı və Azərbaycanla diplomatik münasibət qurulmasını təklif edən hakim fraksiyanın başqa bir deputatı Andronik Köçəryanı tənqid edib.

  •  (0)
  •  (0)