Tanınmış bloger Ayşən Şirəliyevanın dörd gün əvvəl nikah bağladığı Kamal Namazov dünyasını dəyişib.
OLAY-ın məlumatına görə, A.Şirəliyeva və yaxınları iddia edir ki, Kamal Namazov döyülərək öldürülüb. Onun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Həmçinin, əldə etdiyimiz məlumata görə, bloger hamilədir. Məlumatı onun rəfiqələri də mərhumla bağlı postlara yazdıqları rəylərlə təsdiq ediblər.
K.Namazovun ölümü barədə ilk məlumatı Ayşən Şirəliyeva məlumat verib. Həyat yoldaşının ölümündən dərin sarsıntı keçirən Şirəliyeva İnstaqramda “Mənə musiqiçilər tapın, nəfəsimi evdən “Vağzalı” ilə çıxaracam, yarımçıq qalmış toyumuz baş tutacaq”, – deyə, stori paylaşıb.
O, daha sonra mərhumla çəkdirdiyi fotolarını və videolarını paylaşaraq həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb:
“Gündə nəçə dəfə məni öpürdün, sayısı yox idi. Mənim arzularamı yarımçıq qoyan Kamal. Çoxlu uşaqlarımız olacaqdı. Görəsən, cənnətdə davam edə bilərik planlarımıza? Nikaha qaramı geyindik deyə belə oldu? Əlimin xınasının izi getməyib. Dua edin, nəfəsimin məzarda ilk günüdür. Ona soyuq olacaq, əzab çəkməsin. Ay qızlar, mənə yol göstərin, başımı hansı daşa çırpım? Daşa dönmüş buz kimi əlindən tutub səni yola saldım. Sonuncu əl-ələ tutmağımız oldu. Mənə deyirdin ki, bu boyda əl olar? Gülməyə başlayırdıq. İndi əllərim sənsiz quruyacaq. Mən də hər gün üzülərək çürüyəcəyəm”.
Qeyd edək ki, A. Şirəliyeva kosmetika brendinin sahibidir. O, Selin Ciyerci, Fulden Uras kimi türkiyəli məşhurlarla iş birliyi edib.