“Eren-15” əməliyyatı çərçivəsində üç terrorçu MƏHV EDİLDİbackend

“Eren-15” əməliyyatı çərçivəsində üç terrorçu MƏHV EDİLDİ

Ağrı vilayətinin Patnos rayonunda davam edən “Eren-15” əməliyyatı çərçivəsində bölücü terror təşkilatı PKK-nın dırnaqarası məsul şəxsi də daxil olmaqla 3 terrorçu zərərsizləşdirilib.

Hokm.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir.

Məlumata görə, Kartevin Dağı bölgəsində PUA-SİHA tərəfindən dəstəklənən əməliyyatda aralarında bölücü terror təşkilatı PKK tərəfindən yeni təyin olunmuş qondarma Ərzurum əyaləti üzrə məsul şəxsinin də yer aldığı 3 terrorçu silahları ilə birlikdə məhv edilib.

Əməliyyatla bölücü terror təşkilatının Şərqi Anadolu və Qara dənizə soxulma cəhdlərinin qarşısı alınıb.

Hüc um üçün hazırlaşan terrorçulara qarşı əməliyyatlar davam edir.publika.az

  •  (1)
  •  (1)