“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Rusiya-Türkiyə əməkdaşlığının simvollarından biridir.
Hokm.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Rusiya-Türkiyə dialoqunun nəticələrini ikitərəfli əlaqələrdə, habelə bölgədə – Liviyadan Dağlıq Qarabağa, Suriyaya qədər bir çox sahədə görürük. Qarşıdakı dövrdə bu əlaqələri inkişaf etdirməkdə qətiyyətliyik”, – deyə Ərdoğan vurğulayıb.