Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqların təfərrüatları məlum olub.
Türkiyə dövlət başçısı ikitərəfli ticarətdə avro və dollarla yanaşı, rubl və yuan, eləcə də qızıldan istifadəni təklif edib.
Həmçinin, söhbət zamanı Ərdoğan Azov dənizində saxlanılan günəbaxan yağı xammalı və buğda yüklü 30-a yaxın gəmi barədə danışıb. Putin isə öz növbəsində gəmilərin keçidini təmin etmək barədə göstəriş verəcəyini bildirib.oxu.az