“İlk dəfə deyirəm. Mahmur məsələsini də azı Qəndil qədər vacib sayırıq. BMT terrorçuları ərazidən təmizləməsə biz təmizləyəcəyik”.
Hokm.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Qəndil və Mahmur bölgələri terror yuvalarıdır. Ərdoğanın sözlərinə görə, bu yuvalar təmizlənməsə terrorçular daima təhlükə yaradacaq.
“Oranı BMT təmizləyəcək. Təmizləməsə BMT-nin üzvü olaraq biz təmizləyəcəyik” – deyə Ərdoğan bildirib.metbuat.az