Ərdoğan Akşeneri vitse-prezident TƏYİN EDƏCƏK?backend

Ərdoğan Akşeneri vitse-prezident TƏYİN EDƏCƏK?

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan komandasında dəyişikliklər etməyi planlaşdırır.

Hokm.az-ın məlumatına görə, Türkiyə mətbuatında dəyişikliklə bağlı yeni xəbərlər yayılıb.

Belə ki, yalnız hakim partiyanın rəhbərliyində deyil, Nazirlər Kabinetində də dəyişiklik edilməsi nəzərdə tutulub.

Məlumata görə, Ərdoğan 4-5 naziri yeniləri ilə əvəzləyəcək. Həmçinin vitse-prezidentlərin sayının artırılacağı da iddia edilir.

Qeyd edək ki, Türkiyədə vitse-prezidentlik institutu 2016-cı ildə yaradılıb. Hazırda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazdır. Yeni dəyişikliklə daha bir vitse-prezidentin təyin ediləcəyi deyilir.

Yeni vitse-prezidentin kim olacağı da hazırda Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biridir. Tanınmış jurnalist Erdal Sağlamın iddiasına görə, İYİ Partiyasının keçmiş lideri Meral Akşener bu vəzifəyə gətirilə bilər. Ancaq Akşenerə yaxın jurnalistlər və media orqanları bu iddianı əsassız sayır. Onlar bildirir ki, Ərdoğan Akşenerə vəzifə təklif etsə belə, xanım siyasətçinin təklifi qəbul etməsi mümkünsüz görünür.

Qeyd edək ki, Ərdoğan ötən ilin yayında Akşeneri qəbul edib. Görüşdən sonra ictimaiyyətə açıqlama verilməyib. Türkiyənin siyasi kuluarlarında görüş ciddi rezonans doğurub. Bəzi KİV-lərdə Ərdoğanın “yeni konstitusiya, normallaşma prosesi” ilə bağlı Akşenerdən töhfə istəyə biləcəyi iddia edilib. Həmin vaxt da Akşenerin vitse-prezident ola biləcəyi iddia edilmişdi.

  •  (0)
  •  (0)