Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq.
Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
“Seçkilərin tarixi bəllidir. Noyabr ayında seçki olmayacaq, gələn ilin iyun ayında keçiriləcək”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cümhur İttifaqının namizədi elan edib. Müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar.