“İçimizdə, çiynimizdə illərdir böyük dərd, ürəyimizdə yara daşımışıq . Yaxınlarımızı, doğmalarımızı itirdik. Mənim doğma əmim oğlu şəhid oldu”.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu szöləri Xalq artisti Nazpəri Dostəliyeva “Onların səsi” proqramında deyib. Müğənni bildirib ki, onun da yaxınları arasında Vətən müharibəsində şəhid olanlar olub:
“İndi şəhidlər cənnətdədir. Onların valideynlərinin qarşısında baş əyirəm ki, sinəsini güllə qarşısına verən oğul yetişdiriblər. Çox sözlər eşitdim. Xoşbəxtəm ki, yurdumun belə oğulları var. Onlar əsl Azərbaycan kişisi necə olur sübut etdilər”.