Əməkdar artist, xanəndə Qoçaq Əsgərova ağır itki üz verib.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, sənətçinin anası Diləfruz xanım koronavirusdan dünyasını dəyişib.
Muğam ustası sosial media hesabından paylaşım edərək bu sözləri yazıb: “Canım anam doğum günümə ölümünü hədiyyə etdin mənə”.
Qeyd edək ki, Əməkdar artistin anası uzun müddət şəkərli diabet və ürək problemləri xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!