Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahan və tanınmış teleaparıcı Lətafət Ələkbərova 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramovanı müvəqqəti mənzil-qərargahında ziyarət ediblər.
Əməkdar artist və tanınmış teleaparıcı deputatlığa gənc namizəd Gülpəri Bayramovanın fəaliyyətini yaxından izlədiklərini və deputatlığa ən layiqli namizədlərdən biri olduğunu diqqətə çatdıbırlar. Qeyd ediblər ki, Gülpəri Bayramova 29 yaşı olmasına baxmayaraq, böyük uğurlara imza atıb. Rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sahibkarlar arasında həmrəyliyin formalaşmasına mühüm töhfələr verib.
Əməkdar artist Elza Seyidcahan 16 saylı Yasamal ikinci seçki dairəsindən olan seçiciləri Gülpəri Bayramovaya səs verməyə çağırıb: “1 sentyabr növbədənkənar parlament seçkilərindən iştirak edin və ən layiqli namizədə – Gülpəri Bayramovaya səs verin! O, bütün şüurlu fəaliyyətini insanlığa, xeyriyyəçiliyə və dövlətçiliyə həsr edib. Şübhəsiz ki, millət vəkili kimi də çox uğurlu bir millət vəkili olacaq”.
Qonaqlara təşəkkür edən deputatlığa namizəd Gülpəri Bayramova verilən dəstəyin onu qürurlandırdığını və Azərbaycan Parlamentində seçicilərini ləyaqətlə təmsil edəcəyini söyləyib.
Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.