Elman Rüstəmov şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsindən danışdıbackend

Elman Rüstəmov şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsindən danışdı

Şəhid və qazi ailələrinə ciddi diqqət göstərilməsi istiqamətində işlər görülür.

Hokm.azTrend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsi və digər məsələlərlə bağlı mərkəz yaradılmalıdır. O qeyd edib ki, dövlət tərəfindən bu istiqamətdə ciddi işlər görülür:

“Maliyyə sektorunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Şəhidlər və qazilər bizim qəhrəmanlarımızdır. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib”.

  •  (0)
  •  (0)