Aydan gətirilən torpaqda bitki yetişdirilib.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, bu, elm tarixində bir ilk kimi qiymətləndirilib.
Belə ki, ABŞ-da Florida Universitetinin alimləri Aydan gətirilən torpağa toxum əkib və Ay torpağında bitki yetişdirməyə nail olublar.
Ay torpağında əkinçilik NASA-nın Ayda məskunlaşma layihəsində mühüm addım kimi qiymətləndirilir.