Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibində dəyişiklik edilib.
Hokm.az-ın məlumatına görə, üzvlərin dördü yeniləri ilə əvəzlənib.
Baş nazir Əli Əsədovin qərarına əsasən, Şuranın yeni üzvləri aşağıdakılardır:
Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini
Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini
Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri
Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.