Avropa Parlamenti (AP) Avropa Komissiyasının təklifinə səs verərək 2035-ci ildən dizel və benzinlə işləyən yeni minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışının qadağan edilməsi təklifini təsdiqləyib.
Hokm.az bildirir ki, qəbul edilən qərarla 2035-ci ildən etibarən daxili yanma mühərrikli vasitələrin əvəzinə yalnız elektrik və ya hidrogenlə işləyən yeni avtomobillərin satışına icazə veriləcək. Qərarın ilin sonuna qədər Avropa Şurasının təsdiqi ilə qüvvəyə minməsi gözlənilir.
Avropa İttifaqının (AB) 2050-ci ilə qədər karbon neytrallığına nail ola bilməsi üçün 2030-cu ilə qədər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyən iqlim paketinin bir hissəsi olaraq qəbul edilən qərarla avtomobil istehsalçıları yeni avtomobillərinin karbon emissiyalarını 55 faiz azaldacaqlar.
Sözügedən qərar ikinci əl avtomobilləri əhatə etmir. İkinci əl avtomobillərin satışına heç bir maneə olmadığı üçün bazarda müvəqqəti qeyri-müəyyənlik yaranacağı və belə maşınların qiymətinin artacağı təxmin edilir.
Nəşr edilmiş hesabatlara görə, bu gün dünyada bir milyarddan çox qalıq yanacaqla işləyən avtomobil var və onlar dünya karbon qazı emissiyalarının 30 faizindən çoxunu istehsal edir. Avtomobil emissiyası qaydalarının sərtləşdirilməsi Aİ-nin 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarının 55 faiz azaldılmasına nail olmaq istədiyi “Fit for 55” iqlim paketinin bir hissəsidir.Sfera.az