“Həbs olunan deputat Eldəniz Səlimovun mandatının geri alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb”.
Hokm.az xəbər verir ki, bu sözləri axar.az-a MSK-nın katibi Mikayıl Rəhimov deyib.
“Eldəniz Səlimov barəsində cinayət işi qaldırılıb. Məhkəmə araşdırması aparılır. Məhkəmənin qərarından sonra E.Səlimovun mandatının geri alınıb-alınmamsı məsələsinə aydınlıq gətiriləcək”, – M.Rəhimov bildirib.
Qeyd edək ki, Eldəniz Səlimov iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xəsarətlər yetirib. Məsələ ilə bağlı Baş prokurorun təqdimatı əsasında Milli Məclis onun toxunulmazlığını ləğv edib. Bundan sonra E.Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.