Eldəniz Cəfərov: “Toyota” yaxın vaxtlarda bizi yeni texnologiyaları ilə heyrətləndirəcəkbackend

Eldəniz Cəfərov: “Toyota” yaxın vaxtlarda bizi yeni texnologiyaları ilə heyrətləndirəcək

BAKU.NEWS-un budəfəki müsahibi “Toyota Bakı Mərkəzi”nin PR mütəxəssisi Eldəniz Cəfərovdur.

Eldəniz müəllim, “Toyota” maşınlarının qiymətinin digər avtomobillərə nisbətdə baha olduğu deyilir. Bu nə ilə izah olunur?

– Hazırda “Toyota” digər Yaponiya və ABŞ markalarla müqayisədə bahalı deyil. Hətta Avropa istehsalı maşınlardan ucuzdur. Azərbaycandakı rəsmi dilerlərə baş çəkib buna bir daha əmin ola bilərik.”Toyota”nın münasib qiyməti və keyfiyyəti onu ən çox tələb olunan və satılan brendə çevirib. Misal olaraq “Corolla” modeli öz seqmentində dünyada ən çox satılan avtomobildir. Onu da deyim ki, avtomobilin qiyməti mühərrikin həcmi, təhlükəsizliyi, komfortu, quraşdırılan müasir texnologiyaların tətbiqindən asılıdır. Maşın nə qədər komfortlu olursa, qiyməti də bir o qədər yüksəlir.

Ötən il Bakıda ən az yanacaq işlədən “Toyota” krossoveri satışa çıxarıldı. Bu barədə nə deyə bilərsiz?

– Ən az yanacaq işlədən krossover kimi cəmi üç il bundan əvvəl satışa çıxarılan “C-HR” modelini göstərə bilərik. Bu model kompakt krossoverlər arasında rahatlığı və yol örtüyünə uyğunlaşma xüsusiyyətinə görə seçilir.”C-HR” 1.2L və 2.0 L hibdrid və benzin mühərrikli spesifikasiyalarda istehsal olunur. Maşın gənclər arasında populyardır. Azərbaycanda bu model rəsmi diler tərəfindən təklif olunur.

Hibrid avtomobilləri haqda oxucularımıza geniş məlumat verərdiz.

– Hibrid Yaponiya mühəndisləri tərəfindən hazırlanmış ağıllı sistemdir. Bu sistem elə qurulub ki, avtomobil aşağı sürətlə hərəkət etdikdə yanacaq işlətmir.Yanacaq sərf olunmayanda atmosferə də zərərli qazlar buraxmır. Bu səbəbdən də Hibrid ekoloji təmiz avtomobillərə aid edilir.

Toyota yeni model nə vaxt hazır olacaq və üstünlüklər nədən ibarət olacaq?

– Məsələn,“Mirai” hidrogenlə çalışan avtomobil “Toyota”nın həyata keçmiş uğurlu layihəsidir. “Mirai” bu gün Avropa ölkələrində satılır. Bilirsiz ki, ötən il yarış modeli olan şöhrətli “Supra” yenidən istehsala buraxılıb. Ənənəvi olaraq “Toyota” model sırasını yeniləyir, konsept olan modellər istehsal olunur. Yaxın gələcəkdə əfsanəvi “Land Cruiser”in yeni bir versiyasının hazırlanacağı xəbəri artıq dolaşır. Əminik ki, yeni TNGA platforması və Safety Sense sistemini uğurla tətbiq edən “Toyota” yaxın vaxtlarda bizi yenə də yeni texnologiyaları ilə heyrətləndirəcək.

Hokm.az

  •  (0)
  •  (0)