Dünyanın ilk Tolerantlıq evi Bakıdadır – İçərişəhərdəki unikal məkandan FOTOLARbackend

Dünyanın ilk Tolerantlıq evi Bakıdadır – İçərişəhərdəki unikal məkandan FOTOLAR

Müasir dünyada qloballaşma, informasiya axınının artması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi tolerantlığa olan ehtiyacı hər keçən gün daha da artırır. Lakin buna baxmayaraq, bir çox cəmiyyətlərdə və dövlətlərdə tolerantlıq problemi hələ də mövcuddur və getdikcə daha da böyüyür. Bu problemlər müxtəlif formalarda özünü göstərir ki, bunlardan da ən başlıcası dini ayrı-seçkilik müstəvisindədir. Dini ayrı-seçkilik müxtəlif dinlərə mənsub insanların hüquqlarının pozulması, dini dözümsüzlük və radikalizm kimi problemləri özündə ehtiva edir.

Hazırda dünyada müxtəlif dinlərə mənsub insanlar bir yerdə yaşayır, işləyir və sosial münasibətlər qururlar. Bu baxımdan tolerantlıq dinlərarası münaqişələrin və gərginliklərin qarşısını alır, hər bir fərdin dini inanc seçmək azadlığına hörmət edir, fərqli dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirir, cəmiyyətdə dini nifrət və ayrı-seçkiliyin yayılmasına mane olur.

Dini tolerantlığın çatışmazlığı cəmiyyətdə ciddi problemlərə səbəb ola bilər, məsələn, fərqli dinlərə mənsub şəxslərə qarşı ayrı-seçkilik edilməsi, din adı altında nifrət və zorakılığın yayılması, müxtəlif dinlər arasında gərginlik və qarşıdurmaların yaranması, insanların öz dini inanclarını sərbəst ifadə edə bilməməsi və s.

Dini tolerantlığın təmin olunması üçün başlıca məsələlərdən biri də maarifləndirmə və təhsil, tolerantlığı dövlət siyasətinin bir parçası halına gətirmək, dinlərarası dialoq vasitəsilə fərqli dini icmalar arasında sülh və əməkdaşlığı təşviq etməkdir.

Bu müstəvidə Azərbaycanda görülən işlər ölkədə fərqli dinə mənsub insanların rahat şəkildə yaşamasına çox ciddi təsir edir. Belə ki, tolerantlıq dövlət siyasəti səviyyəsinə gələrək, 2016-cı il ölkədə “Multikultralizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan olunub.

Ölkənin daxili və xarici siyasətinin əsasına çevrilən tolerantlığın daha da təbliğ edilməsi üçün 16 noyabr 2024-cü ildə İçərişəhərdə dünyada ilk olaraq Bakıda Qafqaz Musəlmanları İdarəsinin (QMİ) nəznində Tolerantlıq evi açılıb. Bu evin məqsədi üç səmavi dinin – islam, xristianlıq və musəvilik haqqında daha geniş məlumatın yerli və xarici turistlərə çatdırılmasıdır. Muzeydə 100-dən artıq eksponat saxlanılır, bura hər üç səmavi dinin kitabları, din xadimlərinin geyimləri, simvolları, eyni zamanda dinlərin təbliğ etdiyi mövzuları özündə birləşdirən əl işləri, həmçinin bütün Qafqazın şeyxi, Azərbaycanın dini lideri Allahşükür Paşazadənin göstərdiyi fəaliyyətlərə görə ona təqdim edilən orden və medallar da eksponatlar siyahısındadır. Tolerantlıq evinin ən dəyərli eksponatlarından biri isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür. Onu da qeyd edək ki, yaxın zamanlarda Tolerantlıq evində kitabxana da yaradılacaq ki, ondan hər kəs istifadə edə biləcək.

1413888

1413889

1413890

1413891

1413892

1413893

1413894

 

1413896

 

1413897

1413898

1413899

1413901

1413902

1413903

1413904

1413905

 

1413908

1413910

  •  (0)
  •  (0)