Dünyanın həsəd apardığı xalq – Düşməni məhv edən birlik – FOTObackend

Dünyanın həsəd apardığı xalq – Düşməni məhv edən birlik – FOTO

30 ilə yaxındır uşaqdan-böyüyə hər kəs bu günü gözləyirdi. Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq işğal edilmiş tarixi torpaqlarımızın geri qaytarılması üçün düşmən üzərinə əks-hücuma keçərək haqq savaşına başlayan Azərbaycan ordusuna soydaşlarımızın verdiyi dəstək insanı qürurlandırmaya bilməz.

Səfərbərliyə yazılaraq könüllü cəbhədəki döyüşlərdə iştirak etmək istəyənlərin sayı 10 minlərlədir. Qarabağ savaşında iştirak etmək üçün ön cəbhəyə can atan gənclərimizin üzündəki gülüş isə xalqı daha da ruhlandırır, yumruq kimi birləşdirir. Savaşa gülə-gülə gedən igidlər Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifəsini yazmaqdadırlar.

Terrorzim, faşizm dövlət siyasətində əsas prioritet təşkil edən, regionda sülhə böyük təhlükə olan Ermənistan hakimiyyətini qorxudan məqamlardan biri də məhz hər bir Azərbaycan insanının Vətən müharibəsində göstərdiyi fədakarlıqdır. İşğaldakı torpaqlarının bir qisminin azad olunması xəbərindən fərəhlənən vətəndaşlarımız tarix yazan ordumuza dəstək məqsədilə əlindən gələni edir. Hər kəs müxtəlif cəbhədə bu istiqamətdə bacardığının ən yaxşısını etməyə can atır ki, əsgəri düşmənlə savaşdan alnı açıq, üzü ağ geri dönsün.

Döyüşlərin başladığı ilk gündən əsgərlərə ölkə daxilindən və xaricdən soydaşlarımzın müxtəlif yardım kampaniyalarının təşkil edildiyini, ehtiyaclarının qarşılanması məqsədilə hər kəsin bir nəfər kimi səfərbər olduğunu gördük. Müdafiə Nazirliyi ordumuzun bütün ehtiyaclarının artıqlaması ilə qarşılandığını, dövlətin buna imkanı çatdığını desə də, indiyə kimi də bu yardımların ardı-arası kəsilmir.

Birliyimiz gücümüzdür

Döyüşlərin davam etdiyi bu 12 gün ərzində orduya yardım etmək üçün müxtəlif geyim dəstləri, ərzaq və digər təminatını qarşılayan minlərlə soydaşımıza rast gəldik. Bu sırada Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynov Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 min manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyünü qeyd etməyə bilmərəm. Bu istiqamətdə ilk təşəbbüskarlardan olan Xanlar Hüseynovla yanaşı biz bu günə kimi Silahlı Qüvvələrə Yardım Fonduna töhfəsini verən on minlərlə belə vətəndaşlarımızı qeyd edə bilərik. Bu məqamda fonda köçürülən mələğin miqdarı da önəm kəsb etmir. Nəzərə alsaq ki, ölkə daxilində sayımız 10 milyonun üzərindədir, nəticədə toplanan məbləğin milyonlarla manat etməsi deməkdir. Bu isə xalqın orduya silah təchizatı və yaxud digər ehtiyaclarını qarşılması baxımında çox vacib bir töhfəsidir.

Bizi qürurlandıracaq bir hadisənin isə ötən gün şahid olduq. Yaşlı Şəki sakini Hikmət Musayevin ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsi ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Ayaqqabısı yararsız vəziyyətdə olan babanın bu fədakarlığı xəbərdən məlumatı olan hər kəsi kövrəltdi.

Ön cəbhədə düşmənlə döyüşən 39 yaşlı gizir Cavanşir Nəcəfovun Real TV-nin efirindən kiçik qızının ad gününü təbrik etməsi isə arxa cəbhədə yeni qəhrəmanları bizə tanıtdı. Atanın döyüşlərdə iştirak etdiyi üçün qızını təbrik edə bilmədiyini nəzərə alan bir qrup təşəbbüskar gənc gizirin qızına hədiyyələr alaraq onun doğum gününü təbrik etmək məqsədilə evlərinə yollandı. “Bizi atan göndərdi ki, səni təbrik edək” deyən gənclərin bu addımı xalqın hər bir nümayəndəsinin alqışına səbəb oldu.

Bu cür dəstəkləri biz dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizdən də eşidirik. Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmək üçün Ukrayna, Rusiya, Türkiyədən təkcə məndən yardım istəyən neçə belə soydaşımızı qeyd edə bilərəm. Bütün bu sadaladıqlarım edilənlərin çox cüzi bir hissəsidir. Bu məqamlar bir daha Azərbaycan xalqının nə qədər güclü, sarsılmaz və qürurlu olduğunun sübutudur.

Tarixin müxtəlif dövrlərində dünyanın ədalətsiz qərarları ilə üz-üzə qalan, faciələr, soyqrımlar görən bu xalqın qəddini heç nə əyə bilmədi. Ordu sıralarına yollanan hər bir gənc xalqına, dövlətinin qətiyyətinə güvənərək son erməni işğalçısının doğma yurd-yuvamızdan çıxarılması üçün canından belə keçməyə hazırdır. Mübarizlər bu gün ad dəyişdirir. Bir ölər, min dirilərik! Milli.az

  •  (0)
  •  (0)