44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandanımızın polad qətiyyətinin bir daha şahid oldu
Azərbaycan 44 günlük Vətən müharibəsində haqq mübarizəsi apardı. Bütün dünya bir daha gördü ki, Azərbaycan bir yumruq kimi birləşib. Dövlətimiz tarixin bu keşməkeşli sınağından alnıaçıq və şərəflə çıxdı. Müzəffər Azərbaycan Ordusu tarixi zəfər turuna çıxdı. Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycanın tarixində yeni və silinməz səhifələr açılıb. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Cənab Prezident müharibə siyasətini düzgün strateji xəttə uyğun olaraq qurmuşdu. Bütün taktiki gedişlər qələbənin təmin olunmasına yol açdı. Azərbaycanın irəli sürdüyü şərtlər, yəni 5 əsas prinsip artıq Ermənistan tərəfindən qəbul olunub. 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandanımızın polad qətiyyətinin bird aha şahid oldu. Dövlətimizin başçısının müharibə günlərində xalqa etdiyi müjdə dolu müraciətləri, işğaldan azad olunan rayonların adlarını elan etməsi hər birimizi qrürlandırırdı.
Ölkəmizin qələbəsini təmin edən mühüm mənəvi amillər Azərbaycan xalqının əzmi, iradəsi və həmrəyliyi oldu. Eyni zamanda dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi şanlı Qələbəyə çatmaqda əhəmiyyətli rol oynadı. Bununla Azərbaycan xalqı dünya tarixində daha bir şanlı qəhrəmanlıq salnaməsi yazmış oldu. Ermənistan üzərində tarixi zəfər çalmaqla qalib xalq olduğumuzu bütün dünyaya sübut etdik. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Azərbaycan xalıq Vətən oğullarının cəbhə xəttində göstərdikləri ölçüyəgəlməz hünərlərlə fəxr edir. Dünya qalib Azəbaycan Ordusunun dəyanətini gördü. Məğlub Ermənistan ordusu miskin duruma düşərək bu gün də özünə gələ bilmir. Bu həm də bütün dünya azərbaycanlılarının erməni lobbisi üzərində Qələbəsidir. Məhz buna görə də hazırda xaricdəki soydaşlarımız da böyük iftixar hissi ilə şərəfli “8 Noyabr- Zəfər Günü”nün ikinci ildönümü ilə bağlı müxtəlif səpkili silsilə tədbirlər keçirirlər.
Ümummilli Lider Heydər Əliyevin bir zaman böyük uzaqgörənliklə dediyi “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözləri bu gün həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanın üzərindən qara buludlar çəkildi. Bu torpaqlarda bərpa-qruculuq işlərinin aparılması, Böyük Qayıdışın təmin edilməsi ilə yenidən bu ərazilərə həyat qayadacaq, Günəş yerli sakinlərin üzlərində parlayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Hazırda dünyada yeni strateji mənəzərə formalaşmaqdadır. Azərbaycan bu geosiyasi durumda öz milli və dövlətçilik mənafeyini qoruyaraq mövqeyini daha da gücləndirir. Eyni zamanda qələbəmizin rəmzinə çevrilən dəyərlərimiz, birliyimiz, həmrəyliyimiz daha da möhkəmlənib. Prezident İlham Əliyevin dediyi kimi bundan sonra Azərbaycan yalnız inkişaf edəcək: “Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Azərbaycan xalqına qələbə yaraşır. Müzəffər Ali Baş Komandanımız, yenilməz Silahlı Qüvvələrimiz sayəsində bu Zəfərə nail olmuşuq. Bu, xalqımızın halal haqqıdır…
Zəfər bayramımız mübarək olsun!
Ağayev Nəbi Baba oğlu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri