Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmirbackend

Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmir

Dövlət Gömrük Komitəsinin idarələrində rəis heyətinin əməkhaqqı bir neçə aydır ki, verilmir.

Hokm.az  AFN.az-a istinadən xəbər verir ki  məlumat verən mənbənin sözlərinə görə, artıq 4-cü aydır ki, rəislər əməkhaqqı almırlar. Səbəb kimi onlara komitənin “həddən artıq yüklənməsi” göstərilir: “Deyirlər ki, vəsaiti COP-a və büdcəyə vermişik. Büdcədən əməkhaqqına ayrılan vəsait necə başqa istiqamətə yönəldilə bilər, anlamaq mümkün deyil. Narazılıq edənə deyirlər get ərizəni yaz, çıx işdən. Kim “bacarıqlıdır” başını saxlasın. Təbii ki, bu halda da rəislər “artilleriya”nı yönəldirlər vətəndaşlara, qeyri-rəsmi ödənişlər tələb edirlər. Beləcə xalq dövlətdən narazı salınır”.
Qeyd edək ki, bir gün əvvəl DGK-nın dövlət büdcəsinə borcunun olması barədə məlumat da yayılıb. Bildirilir ki, qanuni təmsilçisi DGK sədri Şahin Bağırov olan komitənin 65 min manat vergi borcu var. Görünən odur ki, DGK həqiqətən maliyyə çətinlikləri ilə üz-üzədir. Bunun əsl səbəbləri haqda növbəti yazıda araşdırmamızı təqdim edəcəyik.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanladığımız sorğu cavablandırılmadı.

  •  (0)
  •  (0)