Dövlət Gömrük Komitəsi bahalı bina tikdirir – 30 MİLYONLUQ YENİ MÜQAVİLƏbackend

Dövlət Gömrük Komitəsi bahalı bina tikdirir – 30 MİLYONLUQ YENİ MÜQAVİLƏ

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Komitənin yeni inzibati binasının tikintisi” üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

Hokm.az xəbər verir ki, qalib şirkət “Progress” Sənaye İstehsalat Şirkətidir.

Komitə qalib şirkət ilə məbləği 30 milyon manat olan müqavilə imzalayıb. Bu, 2020-ci ildə Komitənin “Progress” Sənaye İstehsalat Şirkətilə bağladığı 3-cü müqavilədir.

İndiyədək Komitə “Progress” Sənaye İstehsalat Şirkəti ilə 2 müqavilə imzalanmışdır. “Dövlət Gömrük Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi “üçün müqavilənin dəyəri 1 milyon 331 min 832 manat, “Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar -0.200 səviyyəsinə qədər olan zirzəmi hissəsinin (Blok 1, Blok 2) tikinti işləri” müqaviləsinin dəyəri isə 1 milyon 91 min 746  manat idi. Marja

  •  (0)
  •  (0)