Dostu Kamilin həbsindən DANIŞDIbackend

Dostu Kamilin həbsindən DANIŞDI

“Kamil Zeynallı əhd etmişdir ki, hər işğaldan azad olunan rayona görə 15 sutka yatacam” .

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu sosial hesabında Kamil Zeynalının həbsi ilə bağlı onun dostu, kəşfiyyatçı baş leytenant Kamil Musəvi yazıb.

Qeyd edək ki, ötən gün fitnes məşqçisi, idmançı Kamil Zeynallı polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatda qeyd olunur ki, K. Zeynallı bu gün işğaldan azad edilən ərazilərə getməyə cəhd edib, lakin ərazidə xidmət aparan polis əməkdaşları buna icazə verməyib.

K. Zeynallı İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur) təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  •  (0)
  •  (0)