1 iyunun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək.
Bakı şəhər BDYPİ-nin darəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun Axar.az-a verdiyi məlumata əsasən, yollarda təbliğat xarakterli reyd keçiriləcək.
“Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində azyaşlıların həyat və sağlamlığını qorumaq, təbliğat işini gücləndirmək, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün paytaxtın inzibati ərazisinə daxil olan küçə və prospektlərdə təbliğat xarakterli reydlərin keçirilməsi nəzərdə tutulub”, – polkovnik bildirib.
V.Əsədov qeyd edib ki, bu tədbirdə yol polisinin kiçik yaşlı köməkçiləri də iştirak edəcək.