Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb.
DİN-dən Hokm.az-a verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi VAZ-2121 və R.Hüseynovun idarə etdiyi “Daevoo” markalı avtomobillər toqquşmuş, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub. T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.
Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.