“Mən iki gün Həsənlə birlikdə olmuşam. Ondan sonra onun başına nə gəldiyindən xəbərim olmadı. Biz ayrı düşdük. Ancaq mən bilmirdim ki, Həsən vurulub”.
Hokm.az xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş mülki vətəndaş Dilqəm Əsgərov deyib.
O bildirib ki, 4 gün Həsənsiz qalıb və sonradan yenidən Həsən vurulan yerə qayıdıb:
“Fikirləşdim ki, bəlkə, yaralı olar, yaxud qaçıb. Həmin yerə çatanda mən yaralanmışdım. Vertolyot məni mühasirəyə aldı. Erməni də Şahbaz Quliyevin, Həsən Həsənovun artıq onların əlində olduğunu dedi. Mənim də cəmi 7 patronum qalmışdı. Təslim olmağı özümə sığışdırmırdım, çünki haradasa 10 dəfə oralara getmişdim.
Mən tutulan gün Beynəlxalq Qızıl Xaç Komitəsi artıq məni axtarırdı. Ermənilər məni Xankəndiyə gətirən kimi həmin gün onlar mənimlə görüşdülər. Məndən neçə nəfər olduğumuzu soruşdular. Yalandan dedim, “4 nəfər”. Əsas məqsədim Həsəndən məlumat almaq idi. Baxdı və dedi ki, Həsən Həsənov yoxdur. Onda bildim ki, Həsən ölüb”.apa