Təhsil Nazirliyi ikili istiqamətdə, təbiət elmləri və riyaziyyat fənləri üzrə təhsil proqramının təkmilləşdirilməsi üçün yeni layihəyə start verir.
Dərsliklərə yeni – Sinqapur modeli tətbiq ediləcək.
Bəs gündəmə gətirilən yeni modelə qoşulmaqda məqsəd nədir, bu əməkdaşlıq müəllim və şagirdlərə nə verəcək?
Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva məsələ ilə bağlı Baku TV-nin suallarını cavablayıb.
O bildirib ki, Sinqapur modelinin tətbiqi üçün müəllimlərimiz xarici mütəxəssislərlə təlimlərə qatılacaq, eləcə də, təhsil proqramlarımız yenilənəcək.
Qeyd edək ki, beynəlxalq qiymətləndirməyə əsasən, sinqapurlu şagirdlər ön sıralarda yer alıblar.