Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı.
Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
F.Ağamalının fikrincə, dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.
Deputat həmçinin elmin inkişafı ilə bağlı təklif irəli sürüb. F.Ağamalı bildirib ki, inkişaf etmiş ölkələrdə ÜDM-in 3-5%-i elmə yönəldilir:
“Bizdə bu 0,2%-dir. Ölkədə Milli Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik”.Trend