Deputatlığa namizəd Şakir Eyyubov izdihamlı görüş keçirdi – VİDEObackend

Deputatlığa namizəd Şakir Eyyubov izdihamlı görüş keçirdi - VİDEO

36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizəd Şakir Eyyubovun M.Ə. Sabir adına Kitabxananın akt zalına seçicilərlə izdihamlı görüşü keçirilib. Deputatığa namizədlə görüşdə 100-dən artıq Xətai sakini iştirak edib.

Deputatlığa namizəd Şakir Eyyubov çıxış edərək bildirib ki, artıq ikinci dəfədir namizədliyini irəli sürür: “Düşündüm ki, niyə də yox?! Biz seçkilərə bu şüarla qatıldıq: 5 ildən bir yox, 5 il BİRLİKdə. Mən bu dairənin ərazisində yaşayıram. Seçicilərin çoxu məni şəxsən tanıyır. Təklif edirəm ki, bu dəfə öz aramızdan olanı seçək və inanıram ki, qələbə qazansaq Xətai üçün çox böyük işlər görə biləcəyik. Bundan öncəki seçkilərdə təəssüf ki, seçkilərin saxtalaşdırılmasına cəhdlər oldu. Amma Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etdi. Biz bu yola qələbə əzmi ilə çıxmışıq” – Eyubov vurğulayıb.

Çıxış edən dairənin sakinləri bildirib ki, Ş.Eyyubovu xeyriyyəçi insan kimi tanıyırlar: “Şakir Eyyubov Köhnə Günəşli qəsəbəsinin ərazisində zibilliyi abadlaşdırıb, yerində futbol stadionu tikib. Bu stadionda ehtiyacı olan yeniyetmələrə təmənnasız məşqlər keçirilir”.

Daha sonra seçicilər deputatlığa namizədə suallarını ünvanlayıblar.

  •  (0)
  •  (1)