Deputatlığa namizəd daha bir görüş keçirdi – FOTOLARbackend

Deputatlığa namizəd daha bir görüş keçirdi - FOTOLAR

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova seçicilərlə növbəti görüşünü keçirib.

Deputatlığa namizəd bu dəfə akademik Şəfayət Mehdiyev küçəsindən olan seçicilərini ziyarət edib. Seçki platforması, deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışan deputatlığa namizəd bildirib ki, Yasamal Təhsil Fondu, Yasamal Karyera Mərkəzi və “Təbiəti Qoruyaq” platformalarını ərsəyə gətirmək niyyətindədir: “Bununla bağlı strateji fəaliyyət planımız da hazırdır. Aztəminatlı ailələrin övladlarının təhsil haqlarına yardım etmək, işsizlik problemini aradan qaldırmaq və ətraf mühiti qorumaq layihələrini iş adamları ilə birlikdə formalaşdıracağıq. Əminik ki, dövlətimiz də bu məsələdə bizə dəstək olacaq” – namizəd söyləyib.

Əlavə edib ki, deputatlıq fəaliyyəti dövründə seçicilərinin ali anunverici orqanda və dövlət qurumlarında lobbiçiliyini həyata keçirəcək və onların mənafeyini qoruyacaq: “Eyni zamanda qanunvericilik bazasının təkmilləşdirilməsi, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatlara dəstək də əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq”.

Qarşılıqlı dialoq şəraitində baş tutan görüşdə seçicilər deputatdan istəkləri və gözləntiləri barədə danışıblar. Onlar qeyd ediblər ki, 1 sentyabr seçkilərində iştirak edəcək və Gülpəri Bayramovaya səs verəcəklər.

Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.

Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.

 

  •  (0)
  •  (0)