Deputatın oğlu xizək sürərkən qəzaya düşüb ÖLDÜbackend

Deputatın oğlu xizək sürərkən qəzaya düşüb ÖLDÜ

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb və millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)