“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qafqazın mədəniyyət incisi olan qədim Şuşamız Türk dünyasının mədəniyyət paytaxtı kimi dünyada tanınacağına inanırıq”.
Hokm.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bu gün ölkəmizdə və dünyada Nizami irsinin daha geniş təbliği baxımından yeni filmin çəkilməsinə ehtiyac var: “Nizami ili çərçivəsində bu filmin çəkilişlərinin başlanması məsələsinin hökumətin diqqətində olmasını xahiş edirik”.
Deputat bildirib ki, Aşıq Ələsgərin aşıq sənətindəki böyük rolunu, eyni zamanda işğalçı Ermənistanı dünyaya daha yaxından tanıdılması üçün bununla bağlı da filmin çəkilməsinə böyük ehtiyac var: “Bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi ilə bağlı Prezidentin sərəncamı da var. Aşıq Ələsgərin davamçıları ilə də görüşmüşük. Bu sərəncam yüksək qiymətləndirilib. Bu filmin çəkilməsi hökumətin diqqətində olsa, yaxşı olar”.