Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdibackend

Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi

“Müğənni, müəllim və ya həkim qaydaları pozursa, dövlət qurumları qanun çərçivəsində addım atmalıdır. Hamı qanun qarşısında bərabərdir”.

Bunu Modern.az-a deputat Fazil Mustafa işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən müğənni Manaf Ağayevin həbs olunmasına münasibət bildirərkən deyib.

Deputat buna görə Daxili İşlər Nazirliyinə (DİN) təşəkkür edib:

“Müğənni, müəllim, həkim və digərləri qaydanı pozursa, buna qarşı dövlət qurumları addımlar atmalıdır. Belə bir addım atıblarsa, Daxili İşlər Nazirliyinə təşəkkür etmək lazımdır. Bu, onu göstərir ki, heç kimə fərq qoymadan eyni cür davranılır. Burada narahatlığa əsas yoxdur. Hesab edirəm ki, çox düzgün yanaşma olub. Mən bunu təqdir edirəm”.

Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan video geniş müzakirə obyektinə çevrilib.

Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq müğənnini məsuliyyətə cəlb edib. Bu gün məhkəmənin qərarı ilə Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.

  •  (0)
  •  (2)