Xəbər verdiyimiz kimi, iyulun 29-da Milli Məclisin deputatı Eldəniz Səlimov Nabranda qohumuna məxsus iaşə obyektində polis əməkdaşını döyüb. Deputat hadisədən sonra zənglərə cavab verməsə də, DİN faktı təsdiqləyib.
Hokm.az xəbər verir ki, m’sələ ilə bağlı Ölkə.Az-a danışan Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur:
“Mənim hadisədən xəbərim yoxdur. Bu barədə İntizam Komissiyasına məlumat daxil olmayıb. İntizam Komissiyası parlamentdaxilidir. Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur. Məsələ bizə gələrsə, araşdırıb fikrimizi deyərik. Vəssalam”.