Azərbaycanın müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri respublikada hüquqi, demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, onun əsasında yeni parlamentin təşkili üçün demokratik seçkilərin keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu. Bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması və möhkəmlənməsi məqsədinə uyğun idi. Azərbaycan Prezidenti H. Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan qəsdlərin, təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərirdi.
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 1991-ci il fevralın 9-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən ibarət komissiya yaradılsa da, bu istiqamətdə uzun müddət heç bir əsaslı iş görülməmişdi.
1993-cü ilin oktyabrında Azərbaycanda yeni Konstitusiya hazırlanması üçün təşəbbüs edilmişdi. Lakin siyasi vəziyyətin gərginləşməsi, xüsusən də, 1994-cü il oktyabr – 1995-ci il mart hadisələri, eləcə də qarşıya çıxan başqa təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi bu təşəbbüsü bir qədər ləngitmişdi. Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Bu komissiyaya görkəmli alimlər, hüquqşünaslar və mütəxəssislər, rəhbər işçilər daxil edildi. 1995-ci il iyul ayının 5-də Konstitusiya Komissiyasının ilk iclası keçirildi.
12 noyabr 1995-ci il Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətin Konstitusiyası referendum – ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Referendumda seçicilərin 86 faizi iştirak etmiş və onlann 91,9 faizi Konstitusiyanm layihəsini bəyənmişdi. Yeni Konstitusiya beş bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyada demokratik prinsipləri əsas tutaraq insan və vətəndaş hüquq və azadlıqlarına, vəzifələrinə geniş yer verilir. Bunlar ikinci bölmədə 48 maddədən ibarət olub ümumi mətnin üçdə bir hissəsini təşkil edir. Hər bir şəxs doğulduğu gündən ömrünün sonunadək toxunulmaz, pozulmazayrılmaz və azadlıq hüquqları ilə təmin edilir.
Hüquqlarının və azadlıqlarının təmin edilməsinin və onun beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilməsinin nəzərdə tutulması müəyyən edilir. 71-ci maddədə insan hüquqları və azadlıqlarına riayət etmək və onları qorumaq bütün hakimiyyət orqanlarının borcu hesab edilir. İnsan hüquqları toxunulmaz, pozulmaz təminata malikdir. Dövlət irqindən, milliyyətindən, dinindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, onların hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Cəmiyyətdə və hər bir şəxsin həyatmda insan hüquqlarının reallığa çevrilməsini özünün ali məqsədi hesab edən Azərbaycan Respublikası insane hüquqları sahəsində 1998-ci ilədək 20-yədək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.
Prezidentin «İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 1998-ci il 22 fevral tarixli fərmanı insan hüquq və azadlıqlarına verilən böyük əhəmiyyətin parlaq ifadəsi idi. Bu fərmanda bütün hakimiyyət orqanlarının Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin əsas istiqamətləri müəyyən edilir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dövlət orqanları ilə birlikdə insan hüquqlarının müdafiə sinə dair Dövlət proqramının layihəsini, insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının, (Ombudsman İnstitutunun), habelə insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən digər qurumların yaradılmasına, insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim edilməsi qərara alınırdı.
Azərbaycan Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli fərmanı əsasında «İnsan hüquqlarının müdafiə sinə dair Dövlət proqramı» hazırlanıb, 1998-ci il iyunun 18-də Prezidentin sərəncamı ilə təsdiq edildi. Bu proqram təsdiq edildikdən sonra uğurla həyata keçirilməkdədir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində hüquqi islahatların həyata keçirilməsində insane hüquqları üzrə müvəkkil institutunun təsis edilməsinin mühüm əhəmiyyəti oldu. Respublika Milli Məclisi tərəfindən 2001-ci ü dekabrın 28-də «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – Ombudsman haqqında» Konstitusiya qanunu qəbul edildi. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçildi. Bu təsisatın yaradılması insan hüquqlarına riayət olunmasında parlament nəzarətinin təşkilini möhkəmləndirir, Parlamentlə vətəndaşlar arasında vasitəçi rolu oynayır, demokratik sistemin formalaşmasında vətəndaşların fəallığını artırır.
Respublikamızda ilk dəfə olaraq 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Həmin ildə qadınlar üzrə dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək, qadınların ictimai-siyasi həyatda fəaliyyətini artıqmaq məqsədilə «Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında» 14 yanvar 1998-ci il tarixli prezident fərmanı verildi və müvafiq Komitə yaradıldı. Bu fərmana əsasən hazırlanan «Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»4 Prezidentin 1998-ci il 20 fevral tarixli fərmanı ilə təsdiq edildi.
Xatın Fətalı qızı Səfəralıyeva Odlar Yurdu Universitetinin tələbəsi, Nərimanov rayonun könüllüsü