Delyaqin Azərbaycandan üzr istədibackend

Delyaqin Azərbaycandan üzr istədi

Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin sözlərinə görə üzr istəyib.

Hokm.az xəbər verir ki, rusiyalı deputat “Qovorit Moskva” radiostansiyasının efirində düzgün anlaşılmadığını, verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib.

“Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm”, – deyə Delyaqin söyləyib.Pravda.az

  •  (0)
  •  (1)