Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hokm.az-a bildirilib ki, hadisə zamanı “Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.
Qeyd edilib ki, qəza zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.
Xatırladaq ki, iyunun 14-ü gecə saat 1 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.