Bakıda daha bir ümumtəhsil müəssisəsi koronavirusa görə distant tədrisə keçib.
Hokm.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 7 gün müddətinə dayandırılıb.
Qeyd edək ki, lisey ötən ilin noyabr ayında da eyni səbəblə distant təhsilə keçmişdi.