Daha bir intihar: Bu dəfə Penitensiar Xidmətin 18 yaşlı əsgəri özünü öldürdü: Bu qurumda nə baş verir?backend

Daha bir intihar: Bu dəfə Penitensiar Xidmətin 18 yaşlı əsgəri özünü öldürdü: Bu qurumda nə baş verir?

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Hokm.az Azsiyasət.com-a istinadən  xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov report.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib. Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladırıq ki, Penitensiar Xidmətin intihar hadisəsi ilə bağlı açıqlama verməsi “yenilik”dir. Çünki bu qurum ünvanına səslənən iradlara əksər hallarda səssiz qalır.

Məsələn, bir müddət əvvəl Azsiyasət.com saytı bu ilin əvvəllərində 13 saylı cəzaçəkmə müəssisəsində 1974-cü il təvəllüdlü, əslən Gədəbəy rayonundan olan məhbus Rəsul Zakir oğlu Rüstəmovun özünü asaraq intihar etdiyini yazmışdı. Maraqlısı budur ki, intihar edən məhbus R.Rüstəmov Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədovun qohumudur. Təəssüf ki, Penitensiar Xidmət bu məlumata rəsmi cavab vermək əvəzinə, müxtəlif yollarla məlumatın saytdan silinməsinə cəhd etdi.

  •  (0)
  •  (0)