Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn vəfat edib.
Hokm.az “Report”a istinadən xəbər verir ki, tanınmış rejissor dekabrın 31-də 93 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Robert Hossein karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hossein 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.
R.Hosseinin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransa paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.
Anası ukraynalı olan R.Hossein cari ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.
O, Bakıda da səfərdə olub.