Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən “Bir topa adam” filmi təqdim edildi-VİDEObackend

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən “Bir topa adam” filmi təqdim edildi-VİDEO

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bir topa adam” filmi bu günlərdə izləyicilərə təqdim edilib.

“Qarabağ” silsiləsindən birinci film olan “Bir topa adam” filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə “Nar” da dəstək olub.

Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: “Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. “Bir topa adam” filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə “Nar”a öz təşəkkürümüzü bildirirk”.

Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar:

 

  •  (0)
  •  (0)