Türkiyənin Mersin bölgəsindəki meşəlik ərazidə dəhşətli hadisə baş verib.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, təsadüfən meşədən keçən gənc ərazidə qurulan çadırın içinə baxanda dəhşətə gəlib. O, dağ evində qurulan çadırda Ahmet adlı şəxsin tüfənglə başından vurulmuş vəziyyətdə cəsədini görüb.Ahmetin həyat yoldaşının cəsədi isə çadırdan asılmış vəziyyətdə tapılıb.
Hadisənin səbəbləri araşdırılır.