COVID xəstələrinin müalicə aldığı xəstəxana bağlanırbackend

COVID xəstələrinin müalicə aldığı xəstəxana bağlanır

Bakının Zığ qəsəbəsində yerləsən koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxana fəaliyyətini dayandırır, bu barədə anews.az-a açıqlamasında xəstəxananın adının anonim saxlanmasını istəyən əməkdaşlarından  biri bildirilib. 
“Xəstəxanada xəstə sayı azalıb, sağalanlar çıxıb, müalicə alan xəstələr isə digər xəstəxanalara köçürülüb. Demək olar ki, tibbi personalın  böyük hissəsi işdən çıxıb. Təkcə kadrlar şöbəsi qalıb. Yeni ştamp gəlməsə kadrlar şöbəsi də fəaliyyətini  dayandıracaq”, – o bildirilib.
Xəstəxanada çalışan şəxs onu da dedi ki, üç aydır işçilərin maaşı verilməyib. İndi maaşlarının verilməsinə başlanılıb.  Tibbi personal yanvar  və fevral üçün əmək haqqını alıb, texniki işçilər isə hələ pul almaylblar.
FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanası  2020-ci il iyulun 7-də   açılıb. Hospitalda 100 ədəd süni tənəffüs aparatı, 4 ədəd oksigen stansiyası, 2 ədəd mərkəzləşdirilmiş kompressor, 1 ədəd kompüter tomoqrafiya aparatı, 6 ədəd portativ və 1 ədəd stasionar USM, 5 ədəd defibrilyator, 3 ədəd portativ rentgen aparatı,17 ədəd portativ EKQ cihazı, 1 ədəd EEQ,1 ədəd hemodializ, 1 ədəd hemofiltr
kliniki, biokimyəvi, bakterioloji, mikrobioloji, və PSR laboratoriya mövcud olub.
  •  (0)
  •  (0)