COVID-19 belə öldürür: Virusun addım-addım ölüm yolu: Bədənə necə daxil olur, nə cür “döyüşür”, harda “qalıb” olur? – ELMİ ARAŞDIRMAbackend

COVID-19 belə öldürür: Virusun addım-addım ölüm yolu: Bədənə necə daxil olur, nə cür “döyüşür”, harda “qalıb” olur? – ELMİ ARAŞDIRMA

COVID-19 belə öldürür: Virusun addım-addım ölüm yolu: Bədənə necə daxil olur, nə cür “döyüşür”, harda “qalıb” olur? – ELMİ ARAŞDIRMA

 

Dünyanın müzakirə etdiyi koronavirus can almaqda davam edir.

Belə bir zamanda virusun insan orqanizminə təsiri, immun sistemin ona müqaviməti ilə yanaşı, ölümün necə yarandığı da maraq doğurur.

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, bir çox həkimlər ölümün həyati əhəmiyyət daşıyan orqanların sıradan çıxması ilə başladığını bildirir. Bura ilk növbədə ürək və böyrəklər daxildir.

Kişiləri sonsuz edir

Artıq sübut olunub ki, COVİD-19 təkcə ağciyərlərə yox, həm də beyinə təsir göstərir. Ölənlər əsasən yan xəstəlikləri olanlardır. Ancaq o da məlumdur ki, bu orqanlar virus olmadan fəaliyyətlərini davam etdirə bilərdilər. Başqa sözlə desək, koronavirusun öldürdüyü 177 mindən artıq insanın ölümü vaxtsız ölümdür.

Mütəxəssislər hazırda koronavirusun təsiri ilə bağlı ən maraqlı faktları toplayır. Məlumatların emalı sonrakı mərhələlərin işidir. İndiyəqədərki araşdırmalarla məlum olub ki, virus hətta insanlarda dad və iybilmə qabiliyyətini də məhv edir. Hətta yeni tip koronavirus kişilərdə sonsuzluq da yaratmağa qadirdir. İndilik isə “Science” jurnalının əməkdaşları virisun insan ölümünə necə yol açdığını araşdırıb.Bu məlumatlaır hələlik ilkin hesab etmək olar.

Virus insan orqanizminə necə daxil olur?

Xəstə insan asqırmağa və ya öskürməyə başlayarsa, çirkli əlləri ilə üz-gözünə toxunarsa, ətrafa da virus hissəcikləri yayır. Havadakı damcılardan asılı qalan virus başqasına da yoluxur. Virus hüceyrələrə daxil olaraq çoxalmağa başlayır və bu proses sürətlə getdiyindən, digər hüceyrələr də zədələnir. Yoluxmanın ilk həftəsində xəstə özündə heç bir əlamət hiss etməyə bilər. Ancaq bu zaman onun orqanizmi artıq daxildən “yeyilməyə başlayır”. Şəxs özü də bilmədən yeni qurbanları yoluxdurur. Bəzi şəxslərdə quru öskürək, asqırma, hərarət başlayır.

Ağciyər-ilk hədəf

Əgər immun sistemi virusa qarşı dirənişini azaldarsa, o, sürətlə ağciyərlərə düşür. Burada artıq əsl “döyüş” başlayır. Virus ciyərləri sıradan çıxarır, ondan ayrılan molekullar immun sistemi “çökdürməkdə” davam edir. Qırmızı qan hüceyrələri azalır, pnevmaniya üçün tipik olan mənzərə yaranır. Xəstə bu mərhələdə artıq çətinliklə nəfəs alır, qandakı kislorod getdikcə azalır, xırıltı başlayır. Virusa yoluxan xəstələrin rentgen şəkilləri göstərir ki, burada artıq “bulanıq şüşə effekti” var. Bəziləri bu vəziyyətdən özləri çıxa bilir. Bəzilərinə isə süni tənəffüs aparatı lazım olur. Çoxları isə ölür.

Yoluxmanın bəzi hallarında immunsistem həddən artıq aktiv reaksiya verir. Bu zaman mütəxəssislər şəxsin qan tərkibində dəyişiklik aşkarlayırlar. Bu, bir çox viruslar üçün xarakterikdir. Dəyişiklik nəticəsində sağlam olan hüceyrələr də sıradan çıxır. Bu heperreaksiya ona gətirib çıxarıb ki, qan təzyiqi düşür, tromblaşma yaranır, bir çox orqanlar imtina edir və nəticədə şəxsin ölümü baş verir.

Ürəklə “döyüş”

İtaliyada həkimlər qəribə hal askarlayıb. 53 yaşlı qadın infarkt simptomları ilə xəstəxanaya yerləşdirilib.

Müayinələr göstərib ki, xəstəni infarkt vurmayıb, o, COVID-19-a yoluxub. SARS-CoV-2 ürəyi sıradan çıxarırmı? Bunu hələ həkimlər tam müəyyən edə bilmir. Araşdırmalar göstərir ki, xəstələrin 25-40% faizində aritmiya özünü göstərir. Reanimasiyaya düşən xəstələrin bir çoxunda bu hal müşahidə olunub.

Bir çox xəstələrdə tromblar əmələ gəlir. Ürək və beynin zədələnməsi infarkt və insult yaradır. Bəzi xəstələr isə əl və ayaqlarda ağrı hiss edirlər. Əvvəllər ürək-damar xəstəlikləri olan şəxslər virusu daha ağır keçirirlər. Diabet xəstələri, hipertoniya xəstələri, piylənmədən əziyyət çəkənlər də eyni vəziyyətdədir. Həmçinin astma xəstələri də virusla əlaqədar reanimasiyaya düşür. Hələlik həkimlər bunun səbəbini tam aydınlaşdıra bilməyiblər. Ancaq təxmin edilir ki, ürək-damar sistemi virusun hüceyrələrə hücumuna cavab verir. Digər variant oksigen çatışmazlığı səbəbindən qan damarlarının zədələnməsidir.

Böyrəklər meydanda

Hazırda dünyada süni tənəffüs aparatlarının qıtlığı böyük narahatlıq yaradır. Maraqlıdır, niyə bu aparatlar bir çox xəstələr üçün son ümiddir? Həkimlərin bir çoxu hesab edir ki, aparat tələb olunmayanları hemodializ aparatının köməyi ilə sağaltmaq mümkün olub. Böyrəklər də virus üçün “açıqlan qapı”lardır, həkimlər bunu yeni ortaya çıxarıb. Məhz onun vasitəsilə virus hüceyrələrə daxil ola bilir. Buna görə də ağır vəziyyətdəki xəstələrin bir çoxunda həkimlər həm də böyrək çatışmazlığı hiss edib. Bu şəxslərin ölümündən sonra onların böyrəklərində virus hissəcikləri tapılıb. Böyrəklər həmçinin anti-virus dərmanlarından da əziyyət çəkir. Süni tənəffüs aparatlarının da böyrək fəaliyyətinə mənfi təsiri var. Başqa bir tətikləyici səbəb diabetdir.

Beyində gedən ölüm-dirim “savaşı”

Xəstələrin 5 – 10 faizində mərkəzi əsəb sistemində prolemlər özünü göstərib. Onlar qısa müddətlik də olsa, huşlarını itiriblər. Əslində bu əlamətin olduğu xəstələr daha çox ola bilərdi. Amma nəzərə alaq ki, xəstələrin bir çoxu narkoz və ya süni tənəffüz aparatındadır, o zaman onlarda bu hal özünü göstərməyə bilir. Bir nəzəriyyəyə görə, virusun təsirindən beyinə oksigen işləməsində problemlər yaranır. Ancaq virus hüceyrələri elə “işğal” edir ki, beyin oksigen çatışmazlığı hissini unudur.

Buna görə bəzi xəstələr qanda oksigenin səviyyəsinin çox aşağı olmasına rəğmən, boğulmurlar. Əslində anadangəlmə refleksə məsuliyyəti beynin bu hissəsi daşıyır.

Virusun ora necə daxil olması sual altındadır. Mümkün yollardan biri burundur. Ancaq mütəxəssislər buna əmin deyillər. Virusun beynə daxil olması üçün başqa yolların da mümkünlüyü həkimləri çox düşündürür. Çünki bu da ölümləri artıra biləcək səbəbdir.

Mədədə “həzm”

Bəzi xəstələrdə virus özünü mədə-bağırsaqda göstərib- diareya, ürəkbulanma və qusma, qarında ağrı. Bir müddət əvvəl bildirilib ki, şəxsin nəcisində virusun əlamətləri virus özünü biruzə verməzdən, yəni ilk simptomlar üzə çıxmadan qısa müddət əvvəl artıq yaranır. Buna görə də bəzi elm adamları hesab edirlər ki, yeni virus da “həmkarları” kimi, aşağı mədə-bağırsaq traktının toxumalarının hüceyrələrində çoxalır.

Ancaq o da məlumdur ki, virus hissəciklərin özlərində deyil, ifrazatda olur ki, bu da virusun nəcis-oral ötürülmə riskinin aşağı olduğunu göstərir. Bu da həkimləri sevindirən səbəbdir.

Göründüyü kimi, mütəxəssislər təkcə virusla yox, onun səbəbləri, insanı yoluxdurma yolları, ölümə aparan vasitələrlə bağlı da həqiqətləri öyrənmək üçün gərgin işləyir. Yəqin ki, koronavirusla bağlı bir çox həqiqətlər zamanla üzə çıxacaq.

Ekspertlər də onun gizlinləri barədə daha artıq məlumata sahib olacaqlar. Ancaq o zamana qədər virusun nə qədər can alacağı təəssüf ki, məlum deyil.

  •  (1)
  •  (2)