Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Çotari Alban-Udi kilsəsi haqqında qısa videoçarx hazırlayıb.
Hokm.az xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib.
Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb.